Klivlend Kavalers

Klivlend Kavalers
Klivlend Kavalers loqosu
KonfransŞərq
DivizionMərkəzi
Yaranma tarixi1970) (1970)
ArenaQuicken Loans Arena
YerABŞ Klivlend, Ohayo
Klub rəngləritünd qırmızı, sarı, tünd göy,
                   
Baş menecerABŞ David Griffin
Baş məşqçiABŞ Tyronn Lue
SahibiDan Gilbert,

Jeff Cohen
Nate Forbes
Gordon Gund

Usher Raymond
Çempionluqlar1 (2016)
Konfrans titulları3 (2007, 2015, 2016)
Diviziya titulları5 (1976, 2009, 2010, 2015, 2016)
Saytcavs.com
Formalar
Ev trikotajı
Komanda rəngləri
Ev
Səfər trikotajı
Komanda rəngləri
Səfər

Klivlend KavalersOhayo ştatının Klivlend şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. Komanda 1970-ci ildən Portlend Treyl Bleyzers və Buffalo Breyvs ilə birlikdə əlavə komanda kimi fəaliyyət göstərməyə başlayıb. Ev oyunlarını ilk olaraq 1970-1974-cü illərdə Klivlend Arenada,1974-1994-cü illərdə isə Richfield Coliseum-da keçirib. 1994-cü ildən isə komanda oyunlarını Klivlendin mərkəzində yerləşən Quicken Loans Arenada keçirir. Dan Gilbert 2005-ci ilin martından komandanın sahibidir.

Kavalers liqada çıxış etdikləri birinci ilin ilk 15 oyununu uduzmuş və ilk 5 il ərzində Şərq konfransında 6-cı yerdən yüksəyə qalxa bilməmişdi. Komanda 1976-cı ildə ilk Mərkəzi Divizion çempionluğunu qazanmışdır. Həmin ildə onlar həm də tarixlərində ilk dəfə Pley-offa və Şərq konfransının finalına yüksəlmişdir. Komanda 1980-ci ildə Ted Stepien tərəfindən satın alındı. Onun səlahiyyəti müddəti 6 məşqçi dəyişiklikliyi, mübahisəli transferlər və draft qərarları və 15 million $ maddi itki ilə yadda qalmışdır. Kavalersin bu zaman nəticəsi 66-180 idi və 24 oyunluq məğlubiyyət seriyasına imza atmışdı.

Corc və Qordon Qundlar 1983-cü ildə komandanı satın aldılar. 1980-ci illərin son illəri və 1990-cı illər ərzində Mark Prays və Bred Doferti tərəfindən rəhbərlik edilən Kavalers müntəzəm pley-off iddiaçısına çevrildi və 1992-ci ildə Şərq konfransının finalına qədər yüksəldi. Komandanın 1998-ci ildə pley-offlardakı çıxışından sonra Kavalers altı ardıcıl ildə pley-offlarda iştirak edə bilməmişdir. Klivlend 2003-cü ilin seçmələrində ilk sıra seçməsini qazanmış və LeBron Ceymsi seçmişdir. Ceymsin və Zidrunas İlqauskasın gəlişi ilə Kavalers 2005-ci ildən yenidən müntəzəm pley-off iddiaçılarına çevrildilər. Onlar 2007-ci ildə Şərq konfransının çempionu olduqdan sonra NBA Finallarında komanda tarixində ilk çıxışlarını etdilər. Növbəti 3 ildə Klivlendin NBA Finallarına çıxa bilməməsindən sonra, Ceyms 2010-cu ildə Mayami Hitə qoşuldu. Bunun nəticəsində Kavalers 2010-11 mövsümünü 26 oyunluq uduzma seriyası da daxil olmaqla konfransda sonuncu olaraq tamamladı. 2010-2014-cü illərdə komanda NBA seçmələrinin ilk seçimini üç dəfə- 2011,2013 və 2014-cü illərdə qazanmışdır. 2011-ci ildə onlar Kayri İrvinqi, 2013-cü ildə Entoni Benneti, 2014-cü ildə isə Endryu Vigginsi seçmişlər.

LeBron Ceyms 2014-cü ildə Kavalersə qayıtdı və komandanı 3 ardıcıl NBA Finallarına çıxardı. 2016-ci ildə Kavalers özünün ilk NBA çempionluğunu qazandı. 2016-cı ildə NBA Finallarında Klivlendin qələbəsi tarixdə ilk dəfə bir komandanın 3-1 hesabla geriyə düşməsindən sonra geri dönüş etməsi ilə yadda qaldı. 2016-2017-ci ilə qədər Kavalers 21 dəfə pley-offlarda çıxış etmiş, 6 Mərkəzi Diviziya çempionluğu, 4 Şərq Konfransı çempionluğu və bir NBA titulu qazanmışdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne